Ağdaşda 10 kəndi birləşdirən avtomobil yolu yenidən qurulur - FOTO  

Yeniliklər 27 İyun 2017 11:05 Oxunub 1452
Ağdaşda 10 kəndi birləşdirən avtomobil yolu yenidən qurulur - FOTO   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə, 200 min kvadratmetrdən çox sahənin asfaltlanması nəzərdə tutulur

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş rayonunda Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı kənd avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən azərtac-a bildiriblər ki, 33 kilometr uzunluğu olan və 11 min 700 nəfərin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması işlərini “Azəravtoyol” ASC-nin tikinti briqadası həyata keçirir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yola ikiqat olmaqla, 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə, 200 min kvadratmetrdən çox sahənin asfaltlanması nəzərdə tutulur. Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni 2 metr, hərəkət hissəsi isə 6 metr olacaq. Bir gediş və bir gəliş olmaqla, iki hərəkət zolağından ibarət olacaq yol dördüncü texniki dərəcəyə uyğun tikilir.

Hazırda ərazidə ağır texnikalar vasitəsilə yol yatağının hazırlanması işləri görülür. Həmçinin avtomobil yolunun altından sel sularının ötürülməsi, əkin sahələrinin suvarılması üçün müxtəlif diametrli 120 suötürücü boru quraşdırılır.

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh