Lənkəranda "avtoş"un sürdüyü "Lexus" mağazaya girdi - FOTO

Qaydalar 27 İyun 2017 16:33 Oxunub 3826
Lənkəranda "avtoş"un sürdüyü "Lexus" mağazaya girdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəyə hər iki sürücünün qayda pozması səbəb olub

Lənkəranda avtomobil mağazaya çırpılıb. Avtosfer.az-ın "Report"a  istinadən verdiyi xəbərə görə, hadisə Zərifə Əliyeva küçəsində baş verib. Məlumata görə, "Mercedes" markalı 99 CD 110 dövlət qeydiyyat nişanlı avtomaşın "Lexus GS 300" markalı avtomaşınla toqquşub. Nəticədə yoldan çıxan "Lexus" supermarketə çırpılıb. Hadisəyə "Mercedes" sürücüsünün yolda sərt dönmə əməliyyatı həyata keçirməsi və "Lexus" sürcüsünün nəqliyyat vasitəsini böyük sürətlə idarə etməsi səbəb olub.

Qeyd edək ki, "Lexus"un sürücüsü Taleh adlı gənc bir neçə gün əvvəl avtoxuliqanlıq etdiyinə görə yol polisi əməkdaşları tərəfindən cəzalandırılıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh