Bu ölkədə içkili halda avtomobil sürənləri belə cəzalandırırlar - VİDEO

Maraqlı 29 İyun 2017 09:23 Oxunub 6823
Bu ölkədə içkili halda avtomobil sürənləri belə cəzalandırırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili içkili halda idarə etmisənsənsə, o zaman acı nəticələrinə də dözməlisən

Sərxoş sürücülərə qarşı yol polisləri çox zaman amansız olur. Hətta belə bir deyim var ki, yol polisləri öz aralarında içkili sürücülərə heç bir güzəşt edilməməsi barədə razılığa da gəliblər. 

Müxtəlif ölkələrdə sərxoş sürücülərə qarşı cəzaların formaları da fərqlidir. Elə ölkələr var ki, orada cərimələr çox yüksək həddədir. Hətta bəzi ölkələrdə sərxoş avtomobil idarə edənlər cərimə ilə yanaşı sürücülük hüququndan birdəfəlik məhrum edilir.

Sinqapurda isə sərxoş sürücülərə qarşı cəza növü bir qədər ağırdır. Belə ki, avtomobili içkili halda idarə etmisənsənsə, o zaman acı nəticələrinə də dözməlisən. Çünki səni şallaq cəzası gözləyir. Bədəndə ağır yaralar açan şallaq zərbələri hətta  həmin sürücülərə uzun müddət sükan arxasında oturmağa imkan vermir. Avtosfer.az Sinqapurda tətbiq edilən cəzanın videosunu təqdim edir:

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh