200 minlik maşınla toqquşan «BMW»nin sürücüsü danışdı - VİDEO

Xəbərlər 19 Noyabr 2014 02:36 Oxunub 3015
200 minlik maşınla toqquşan «BMW»nin sürücüsü danışdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisini ittiham edən Sahil Əhmədli günahkar olmadığını deyir

 

Hüquqşünas Ərşad Hüseeynov: «Qəzada hər iki sürücü təqsirkardır»

 

İki gün öncə Bakıda baş vermiş yol qəzasının videosunu yaymışdıq. Nərimanov rayonu, Təbriz küçəsində «BMW» və «Mersedes Galendewagen» markalı avtomobillər toqquharaq aşıb. Hadisə yolayrıcında baş verib. Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi həmin video DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınıb. Kadrlarda görünür ki, «BMW» sağ zolaqda hərəkət edərkən sola dönməyə çalışır, arxadan yüksək sürətlə hərəkət edən «Mersedes Galendewagen» isə onu vurur. Nəticədə hər iki avtomobil aşır.

Dünən Avtosfer.az saytına müraciət edən həmin «BMW»nin sürücüsü Əhmədli Sahil Fədail oğlu bildirib ki, hadisə bu il iyunun 15-də, saat 17:10 radələrində baş verib: «İdarə etdiyim «BMW» markalı» avtomobillə Bakı şəhəri, Təbriz küçəsi ilə üzü «Nərimanov» metrosstansiyası istiqamətində hərəkət ederkən Dəmirçizadə küçəsi ilə kəsişmədə işıqforun altında dönməni qadağan edə6n nişanın olmadığını görərək öz (sol) hərəkət zolağımda sola dönmə siqnalını yandırıb sola dönərkən arxadan yüksək sürətlə hərəkət edən «Mercedes G55» markalı, dövlət qeydiyyat nişanı 10-LV-008 olan avtomobil mənim idarə etdiyim avtomobilin dönmə siqnalını görməyib avtomobilimi yüksək zərbə ilə sol yan arxa hissəsindən vuraraq damı üstə aşırıb. Baş verən bu qəza hadisəsinə Nərimanov rayon Dövlət Yol Polis İdarəsində baş leytinant Abdullayev Abdulla baxıb. Mənə tərtib olunan 259151 nömrəli protokolda idarə etdiyim avtomobilin sağ hərəkət zolağından sola dönmə etdiyi qeyd olunub. Lakin bu, yalandır. Mən yuxarıda da qeyd etdiyim kimi, sola dönmə siqnalını yandırıb sol hərəkət zolağından dönmə əməliyyatı etmişəm. Bu qəzanın başvermə səbəbi «Mersedes» markalı avtomobilin sürətinin yüksək olması və sürücünün ehtiyyatsızlığıdır. Hər halda baş leytenant Abdulla Abdullayevin belə yalnış protokol tərtib etməsinin səbəbi «Mersedes» markalı avtomobilin qiymətinin 150000 manat olmasıdır. Mən bu qərarla razılaşmayıb Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubova da şikayətimi online məktub formasında bildirdim. O, bu işi Baş Dövlət Yol Polis İdarəsinində çalışan mayor Əfqan Əliyevə yönləndirib. Mayor Əfqan Əliyev məni şikayətlə əlaqədar Baş Dövlət Yol Polis İdarəsinə çağırdı. Orada Əfqan Əliyev və onunla birlikdə çalışan adını bilmədiyim 4 polis zabiti kamera görüntülərə baxıb günahın məndə yox, «Mersedes»in sürücüsündə olduğunu və Nərimanov rayonu DYP-də baş leytenant Abdulla Abdullayevin tərtib etdiyi protokolun səhv, yalan, uydurma olduğunu şifahi olaraq bildirdilər. Mayor Əfqan Əliyev məni 2 gün sonra yenidən çağıraraq bilinməyən səbəblərə görə məni günahkar çıxartmaq məqsədi ilə məntiqsiz suallar verdi. Mən ona haqlı olduğumu yol hərəkəti qaydalarından oxuduqlarıma əsasən sübutlarla bildirdim. Sonradan mayor Əfqan Əliyev də Azərbaycan Respulikasının qanunlarını və mənim vətəndaşlıq hüququmu tapdalayaraq günahkar olduğum barədə qərar çıxarıb. Baş leytenant Abdulla Abdullayevdən və mayor Əfqan Əliyevdən dəfələrlə kamera görüntüsünü mənə disk formasında vermələrini tələb etmişəm. Amma onlar mənə kamera görünrtüsünü vermirlər .902 xidmətindən mənim bu diski almaq hüququmun olduğunu öyrənmişəm. Bildiyim məlumata əsasən, kamera görüntüsü hadisədən 1 ay kecdikdən sonra yaddaşdan silinir. Onların mənə diski verməmələrindəki səbəb də məhz elə görüntünün yaddaşdan silinməsi və mənim əlimdə sübutun olmamasıdır. Mənə tərtib olunan hər 2 protokolda idarə etdiyim avtomobilin sağ hərəkət zolağından sola döndüyü yazılıb. Halbuki, kamera görüntüsündə də açıq-aydın görünür ki, mən sol hərəkət zolağından sola dönürəm. Mən Əfqan Əliyevlə kamera görüntüsünə birlikdə baxarkən, o, bunu görüb, günahın qarşı tərəfdə olduğunu dedi. Lakin üstündən 5 gün keçdikdən sonra niyə fikrini dəyişərək yalan protokol tərtib etdiyi mənə məlum deyil. Güman edirəm ki, ya rüşvət alıb, ya da yüksək vəzifəli şəxslərdən tapşırıq alıb. Nəticədə bizim dövlətin adına ləkə gətirən bu 2 şəxs (A.Abdullyev, Ə.Əliyev) ağ yalanla mənim əleyhimə protokol tərtib ediblər. Mənim vətəndaşlıq hüququmu tapdalayırlar. Mən də bu ölkənin vətəndaşıyam. Mənə qarşı niyə haqsızlıq edilməlidir? 902 xidmətinə də şikayətimi bildirmişəm. Onlardan da hec bir cavab yoxdur. Niyə bu işə baxmırlar? Niyə bu ölkənin qanunlarına riayət etmirlər? Niyə vətəndaşın hüquqlarını pozurlar?».

Qeyd edək ki, Sahil Əhmədli bu cür müraciətlə Azərbaycan Prezidentinə və daxili işlər nazirinə də müraciət edib.

Avtosfer.az saytı olaraq bu məsələ ila bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovdan da münasibət öyrəndik. O bildirdi ki, «Yol hərəkəti haqqında» qanunun 42-ci maddəsinin 6-cı hissəsinin tələbinə əsasən, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır: «Qəzada iştirak edən «BMW»-nin sürücüsü özünün də etiraf etdiyi kimi, bu tələbi pozur. O, getdiyi zolağın ən sağından, hətta qismən 1.1 nişanlanmasını tapdalamaqla sola (və ya geriyə) dönmə manevri edir. Nəticədə arxadan gələn sürücünü çaşdırır. Amma arxadan gələn "Mersedes"in sürücüsü də yol hərəkəti qaydalarını aşkar şəkildə pozur. Özü də o, iki qaydanı pozur:

1. Hər şeydən qabaq ara məsafəsinə dair tələbi pozur;

2. Adıçəkilən Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozur.

Məsələ burasındadır ki, qabaqdakı avtomobilin sürücüsü qaydaları pozaraq tormozlamağa başlayan kimi arxadakı sürücü də tormozlamaya və qəzanın qarşısını alacaq tədbirlər görməyə başlamalı idi. O isə bunu etmir. Nəticədə qəza baş verir. Beləliklə, qəzada hər iki sürücü təqsirkardır».

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh