Dollarla alış-veriş edən avtosalonlara - CƏRİMƏ

Avtobazar 29 İyun 2017 01:15 Oxunub 1648
Dollarla alış-veriş edən avtosalonlara - CƏRİMƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnternetdə bir qiymət, avtosalonda başqa qiymət deyirlər

Bu gün bəzi avtosalonların internet səhifəsində avtomobillərin qiyməti heç də real göstərilmir. Belə ki, internetdə 17000 AZN-ə təklif olunan avtomobil salonun özündə 17000 dollarla müştərilərə təqdim edilir. Avtosalonlar müştəri cəlb etmək üçün bu cür taktikalara əl atırlar. Mövzu ilə bağlı metbuat.az-a açıqlama verən vəkil Asif Abdullayev bildirdi ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən, Azərbaycan ərazisində satılan malların qiyməti yalnız manatla göstərilməlidir: “İnzibati Xətalar Məcəlləsində həmin qanunun pozulmasına görə cərimə nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının ərazisində satılan malların qiymətlərinin manatla göstərilməməsinə görə 1100 manatdan 1650 manata qədər cərimə nəzərdə tutulub”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh