Azərbaycan Qran Prisi ötmələrə görə liderdir

Yarışma 29 İyun 2017 01:33 Oxunub 1368
Azərbaycan Qran Prisi ötmələrə görə liderdir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı küçələrində baş tutan yarış zamanı 137 ötmə qeydə alınıb

Mercedes komandasının saytı hər Qran Pridən sonra yarışın ətraflı statistikası dərc edir: sürücülərin hər dövrədə göstərdiyi nəticələrdən tutmuş havanın və trasın yarışın gedişində dəyişən temperatur göstəricisinə kimi.

Mercedes komandasının hesabatına əsasən, Bakı yarışı zamanı sürücülər 137 uğurlu ötmə reallaşdırıblar ki, bunlardan cəmi 25 ötmə DRS-in köməyi ilə baş tutub. Hazırda Azərbaycan Qran Prisi ötmələrin sayına görə cari mövsümə başçılıq edir. İkinci yerdə isə 54 ötmə ilə Çin Qran Prisi qərarlaşıb, 3-cü olan Bəhreyn yarışında 48 ötmə qeydə alınmışdı.

 

Çox güman ki, komandanın saytında yalnız mövqe uğrunda deyil, həm də dövrəvi sürücünü ötmək də sayılır.

F-1.az komandanın saytına istinadən bildirir ki, cədvəldə sonuncu yeri cəmi 9 ötmə ilə Monako Qran Prisi tutur…

Yer Qran Pri Ötmələr
cəmi DRS-lə liderlik uğrunda
1 Azərbaycan 137 25 0
2 Çin 54 10 0
3 Bəhreyn 48 18 0
4 Kanada 36 24 0
4 İspaniya 36 18 2
6 Rusiya 18 0 0
7 Avstraliya 14 3 0
8 Monako 9 0 1

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh