FİA onun yenidən cəzalandırılması məsələsinə 30 yaşının tamamlandığı gün baxacaq

Yarışma 29 İyun 2017 12:01 Oxunub 1463
FİA onun yenidən cəzalandırılması məsələsinə 30 yaşının tamamlandığı gün baxacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Formula 1 üzrə Azərbaycan Qran Prisində Luis Hamiltonla insident yaşaması almaniyalı pilota baha başa gələ bilər

Beynəlxalq Avtomobil Federasiyası (FİA) Formula 1 üzrə Azərbaycan Qran Prisi zamanı “Mercedes” pilotu Luis Hemiltonla insident yaşayan “Ferrari”nin sürücüsü Sebastian Fettelə əlavə cəza tətbiq edilməsinə dair araşdırma aparacaq. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, FİA iyulun 3-də insidenti bir daha incələrək, müvafiq qərar qəbul edəcək. Həmin gün Fettelin 30 yaşı tamamlanacaq. Onun barədə qərar 7 - 9 iyulda keçiriləcək Avstriya Qran Prisinədək çıxarılacaq.

Azərbaycan Qran Prisində iki iddalı pilot - Luis Hemilton və Sebastyan Fettel arasında münaqişə baş verib. Buna son döngədə birincinin əyləci basması səbəb olub. Nəticədə “Ferrari” pilotu maşınının burnu ilə onun bolidini vurub. 4 qat dünya çempionu bununla da kifayətlənməyərək, döngədən çıxan kimi rəqibinə çataraq, maşınını onun bolidinin təkərlərinə toxundurub. Ən önəmli epizod isə 51 dövrəlik mübarizənin 31-ci dövrəsində yaşanıb. Hemiltonun bolidindəki başlığı təcili dəyişdirmək lazım gəlib. Fettel isə etdiyi hərəkətə görə 10 saniyə dayanma cəriməsi alıb. Nəticədə hər iki pilot ilk 3-lükdən aralanıb. Beləliklə, "Red Bull" pilotu Daniel Rikkardo yarışın qalibi olub. "Mercedes" pilotu Valtteri Bottas ikinci, "Uilyams" pilotu Lens Stroll isə üçüncü yeri tutub.

 

Azərbaycan Qran Prisinin yekununda S.Fettel 3 balla cərimələnib. Onun hazırda superlisenziyadan məhrum edilmə təhlükəsi var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh