Formula-1 üzrə Azərbaycan Qran-Prisi ötmələrə görə lider olub

Yarışma 29 İyun 2017 12:15 Oxunub 1514
Formula-1 üzrə Azərbaycan Qran-Prisi ötmələrə görə lider olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İkinci yerdə 54 ötmə ilə Çin Qran-Prisi qərarlaşıb, 3-cü olan Bəhreyn yarışında 48 ötmə qeydə alınmışdı

Paytaxt Bakı küçələrində baş tutmuş Formula-1 yarışı zamanı 137 ötmə qeydə alınıb ki, bu da indiyə qədər liderlik edən Çin Qran-Prisindən düz 83 ötmə çoxdur. Avtosfer.az F-1.az saytına istinadla verdiyi məlumata görə, "Mercedes" komandasının saytı hər Qran-Pridən sonra sürücülərin hər dövrədə göstərdiyi nəticələrdən tutmuş havanın və trasın yarışın gedişində dəyişən temperatur göstəricisinə kimi yarışın ətraflı statistikasını dərc edir. "Mercedes" komandasının hesabatına əsasən Bakı yarışı zamanı sürücülər 137 uğurlu ötmə reallaşdırıblar ki, bunlardan cəmi 25 ötmə DRS-in köməyi ilə baş tutub. Hazırda Azərbaycan Qran-Prisi ötmələrin sayına görə cari mövsümə başçılıq edir. İkinci yerdə isə 54 ötmə ilə Çin Qran-Prisi qərarlaşıb, 3-cü olan Bəhreyn yarışında 48 ötmə qeydə alınmışdı. Çox güman ki, komandanın saytında yalnız mövqe uğrunda deyil, həm də dövrəvi sürücünü ötmək də sayılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh