Formula-1 üzrə Azərbaycan Qran-Prisində ən yüksək sürət qeydə alınıb

Yarışma 29 İyun 2017 12:20 Oxunub 2561
Formula-1 üzrə Azərbaycan Qran-Prisində ən yüksək sürət qeydə alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçənilki nəticələrə görə Bakı Şəhər Halqası hələ də ən sürətli şəhər trası statusunu saxlamaqdadır

Ötən il olduğu kimi bu il də Azərbaycanda baş tutmuş Qran-Pridə yüksək sürətlər qeydə alınıb. Avtosfer.az-ın F-1.az-a istinadən verdiyi məlumata görə, bu il texniki reqlamentdə olan ciddi dəyişikliklər üzündən ölkəmizdə baş tutacaq Qran-Pridə keçənilki nəticələrin yaxşılaşdırılması gözlənilmirdi.

Xatırladaq ki, keçən il Azərbaycanda baş tutmuş ilk milli Qran-Prinin sıralanma turunda "Williams" komandasının sürücüsü Valtteri Bottasın göstərdiyi 366,1 km/saat sürət uzun müddət (Meksika Qran-Prisinədək) mövsümün rekordu olmuşdu. Keçənilki yarışda Lyuis Həmilton Neftçilər prospektindəki uzun düzlükdə 364,4 km/saat sürət yığa bilmişdi.

Keçənilki nəticələrə görə Bakı Şəhər Halqası hələ də ən sürətli şəhər trası statusunu saxlamaqdadır.

 

Arxada qalan 8 yarışdan sonra Bakıda göstərilən sürətlər yeni maşınlar arasında rekord olub. Yarışda qələbə qazanan Daniel Rikkardo bir gün əvvəl sıralanma turunun son sessiyasında qəza törətsə də, bundan bir qədər əvvəl o, RB13-ü düzlükdə 356,3 km/saat sürət yığa bilib. Yarışın gedişində isə ən sürətli sürücü Valtteri Bottas olub – son metrlərdə ikinciliyə yüksəlməyi bacaran finlandiyalı sürücü bu il 354,4 km/saat sürətlə kifayətlənməli olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh