“20 Yanvar" dairəsi də ləğv ediləcək - VİDEO

Avtoxəbər 30 İyun 2017 01:26 Oxunub 1335
“20 Yanvar" dairəsi də ləğv ediləcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik adacıqları qoyulmaqla hərəkətdə bəzi dəyşikliklər ediləcək

Bakıda daha bir dairə ləğv edildi. Yasamal rayonu ərazisində ''Beşmərtəbə'' və Nəriman Nərimanov heykəli yaxınlığındakı dairədən sonra bu dəfə İnşaatçılar prospektindəki ''Staistika'' dairəsi bağlanıb. Keçmiş ''Sovetski'' ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairədə dəyşikliklər edilib.

Qeyd edək ki, hazırda sözügedən ərazidə layihə üzrə nəzərdə tutulmuş tikinti işləri davam etdirilir. Bakıxanov və İzmir küçələrindən İnşaatçılar prospektinə daxil olan avtonəqliyyat vasitələri isə əvvəlki qaydada hərəkətlərinə davam edə bilərlər. Yaranan vəziyyətdən sürücülər də razıdırlar. Onların sözlərinə görə, dairənin bağlanması pik saatlarda ərazidə yarananan sıxlığın qarşısını alacaq.

Yenidənqurma işləri çərçivəsində yolda bütün infrastruktur da qurulur. Yol cizgi xətləri çəkilib, yeni işıqforlar və bir neçə yerdə nişanlar qoyulub.

''Azəravtoyol'' Açıq Səhimdar Cəmiyyətin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, paytaxdakı dairələrin ləğvi davam edəcək. Nöbəti bağlanacaq dairə ''20 yanvar'' kimi tanınan dairə olacaq. Burada da bəzi təhlükəsizlik adacıqları qoyulmaqla hərəkətdə bəzi dəyşikliklər ediləcək. İşlərə isə yaxın vaxtlarda start veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh