“Volvo” şirkəti özünü idarə edən avtomobil istehsalı üzrə saziş imzaladı

Avtoxəbər 30 İyun 2017 09:30 Oxunub 1607
“Volvo” şirkəti özünü idarə edən avtomobil istehsalı üzrə saziş imzaladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət ilk özünü idarə edən avtomobili 2021-ci ildə təqdim etməyi planlaşdırır

İsveçin iri avtomobil istehsalçısı olan “Volvo” şirkətinin nümayəndələri iki şirkətlə özünü idarə edən avtomobillərin birgə istehsalı üzrə saziş imzalayıb. Avtosfer.az xəbər verir ki, bu barədə İsveç KİV-lərinin yaydığı məlumata görə, sazişlər “Autoliv” və “Nvidia” şirkətləri ilə imzalanıb. “Autoliv” şirkəti təhlükəsizlik sistemləri istehsal edir, “Nvidia” şirkəti isə pilotsuz avtomobillər üçün “Drive PX2” kompüter sistemləri təqdim edir. Həmin kompüterlər 12 kameradan istifadə etməyə, radar və lidarlardan alınmış informasiyanın təhlilini aparmağa və avtomobili idarə etməyə qadirdir. Ekspertlər bildirirlər ki, “Drive PX2” pilotsuz avtomobillər üçün özünəməxsus süni intellektdir. Layihəni “Volvo”nun müştərək şirkəti həyata keçirəcək. Şirkət ilk özünü idarə edən avtomobili 2021-ci ildə təqdim etməyi planlaşdırır. Qeyd edək ki, “Volvo” “Nvidia” ilə ilk dəfə əməkdaşlıq etmir. Əvvəllər bu iki şirkət İsveçin cənubunda yarımmüstəqil nəqliyyat vasitələrini sınaqdan keçiriblər. Məsələn, “Volvo” yalnız marşrut göstərmək üçün sürücü tələb olunan pilotsuz yükdaşıyan maşını müvəffəqiyyətlə sınaqdan keçirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh