Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən yeni yol inşa olunur - VİDEO

Yeniliklər 30 İyun 2017 13:20 Oxunub 1323
Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən yeni yol inşa olunur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda yol boyu torpaq işləri görülür, yol yatağının inşası aparılır

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Lerik rayonunda 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi işlərinə başlanılıb. Uzunluğu 36 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolaqlı olmaqla ümumi eni 10 metr təşkil edir. Bura 6 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr çiyinlər daxildir. Hazırda yol boyu torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınır və əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq bərpa edilir. Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Asfaltlanacaq sahə 200 min m2-dən çoxdur. olda hər biri 2 aşırımlı olmaqla 3 ədəd körpü keçidi əsaslı şəkildə təmir ediləcək. Bundan başqa suların ötürülməsi üçün 70 yerdə müxtəlif diametrli ümumi uzunluğu 1162 p/m olan dəmir-beton borular və 1 ədəd eni 4 m, hündürlüyü isə 2,5 m olan düzbucaqlı dəmir-beton suötürücü də quraşdırılacaq. Layihəyə uyğun bütün işlər yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəklişi işləri aparılacaq.

Dövlət başçısının verdiyi tövsiyyə və tapşırıqlara əsasən bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Lerik rayonu Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə gediş-gəliş xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Yeni yolun tikintisi yol boyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının və turizmin inkişafına da səbəb olacaq.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh