Bakı-Sumqayıt qatarı qızı vurdu - Qulaqcıqla mahnı dinləyirdi...

Qaydalar 30 İyun 2017 14:03 Oxunub 1433
Bakı-Sumqayıt qatarı qızı vurdu - Qulaqcıqla mahnı dinləyirdi...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Maşinist bir neçə dəfə xəbərdaredici siqnallar versə də, eşitməyib"

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar gənc qızı vurub. Bu barədə “Qafqazinfo” ya Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib. O qeyd edib ki, bu gün 09:40 radələrində Xırdalan-Biləcəri istiqamətində Sumqayıtdan Bakıya hərəkət edən iki mərtəbəli elektrik qatarı 21 yaşlarında olan gənc xanımı vurub: “Xanım qulaqcıqla mahnıya qulas asırmış. Maşinist bir neçə dəfə xəbərdaredici siqnallar versə də, o,  mahnının səsindən siqnalları eşitməyib. Nəticədə yüngül xəsarət alıb. Dərhal maşinistlər tərəfindən  təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı klinikaya yerləşdirilib. Hazırda vəziyyəti normaldır”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh