Marsda Niaqaranın bənzəri tapıldı – FOTO

Maraqlı 1 İyul 2017 11:00 Oxunub 1364
Marsda Niaqaranın bənzəri tapıldı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
MRO aparatı ilə bu günə qədər çəkilmiş rəsmlər Marsın səthinin əvvəllər daha canlı olduğunu sübut edir 

NASA Marsın səthində lava axınının görünüşcə Niaqara şəlaləsi ilə müqayisə edildiyi foto yayımlayıb. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, foto Marsın səthində çəkiliş aparan “Mars Reconnaissance Orbiter” (MRO) aparatı tərəfindən çəkilib. Üçölçülü görüntüdə Tarsis vulkanik ərazisində yerləşən diametri 30 km olan kraterin şimal hissəsi təsvir olunub. Alimlər lavaların kraterin ərazisini doldurduqdan sonra sərhədlərini aşaraq axın halında bir neçə istiqamətdə yayıldığını və donduğunu ehtimal edirlər. Əldə olunmuş rəsmlərdəki bənzərlik kraterin şimal hissəsini “lavaların axdığı Niaqara şəlaləsi” adlandırmağa əsas verir. MRO aparatı ilə bu günə qədər çəkilmiş rəsmlər Marsın səthinin əvvəllər daha canlı olduğunu sübut edir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh