“Sovetski”nin yollarında ən müasir qaydalar tətbiq olunacaq - FOTO

Yeniliklər 1 İyul 2017 14:34 Oxunub 1992
“Sovetski”nin yollarında ən müasir qaydalar tətbiq olunacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada keçidlərinin hər birində pandusların düzəldilməsinə başlanılıb

Bakı Nəqliyyat Agentliyi “Sovetski” ərazisində  salınan yollarda hərəkətin təşkili istiqamətində işləri davam etdirir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə yeni salınan yollarda müəyyənləşdirilən 18 ədəd eynisəviyyəli piyada keçidlərinin hər birində pandusların düzəldilməsinə başlanılıb. Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin rahat hərəkət etməsinə imkan verəcək panduslar Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə müasir formada dizayn edilib. Panduslarla yanaşı svetoforla nizamlanan piyada keçidlərində piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılacaq. Analoji pandusların düzəldilməsi və xəbərdaredici məlumatların yazılması yaxın vaxtlarda paytaxtın digər yollarında da təmin ediləcək. Artıq Bakı Nəqliyyat Agentliyi bununla bağlı xüsusi layihə hazırlayıb.

Onu da qeyd edək ki, BNA-nın təqdim etdiyi layihəyə uyğun olaraq ləvğ edilən “Statistika dairəsi”ndə və dəyişikliklər həyata keçirilən Füzuli meydanında nəqliyyatın hərəkətini tənzimləyəcək svetoforların yeri artıq müəyyənləşdirilib. Hazırda ərazidə müvafiq tikinti quraşdırma işləri aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh