Bakıda itən 8 yaşlı uşağı yol polisləri tapıb ailəsinə verdi – VİDEO

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində 8 yaşlı uşaq itib. Onun köməyinə yol polisləri gəlib. Avtosfer.az xəbər verir ki, 8 yaşlı Nüsrət Rüfət oğlu Qasımov Bakının mərkəzində avtobusa minərək Sahil qəsəbəsində yaşayan bibisigilə gedib. Lakin Sahil qəsəbəsində avtobus dayanacağında onu heç kim qarşılamayıb. Bunu görən avtobus sürücüsü uşağı Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının nəzarətində olan Qaradağ postunda düşərərək gedib. Az sonra uşağa yaxınlaşan DYP əməkdaşları – leytenant Rəşad Ağayev və baş serjant Abbas Abdullayev onu ailəsinə qovuşdurub. Yol polisi əməkdaşları uşağın Sahil qəsəbəsində yaşayan qohumugilə qonaq gəldiyini və bibisinin həyat yoldaşının adının Zaur olduğunu öyrəniblər. Sonra isə uşağı maşına mindirərək Sahil qəsəbəsində axtarışlara başlayıblar. Nəhayət, Nüsrətin bibisinin evi tapılıb və uşaq onlara təhvil verilib.
Uşağın evdən valideyn nəzarəti olmadan buraxılması yaxşı hal deyil. Lakin yenə də yol polisləri sağolsun ki, 8 yaşlı uşağın həyatını xilas edərək ailəsinə təhvil veriblər.
Elmin
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
Yol polisi bu ərazidə sürücüləri cərimə edə bilər? - QANUNLA BELƏDİR
Yol polisi sərxoş və "avtoş" sürücülərə qarşı reyd keçirdi - VİDEO
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO












