Piyadanı vurmamaq üçün 3 avtomobili əzdi - FOTO

Qaydalar 1 İyul 2017 19:09 Oxunub 1424
Piyadanı vurmamaq üçün 3 avtomobili əzdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Salyanda 4 maşın toqquşub: sürücü xəsarət alıb

Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində 4 avtomaşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, T.Xəlilbəyli küçəsi ilə hərəkətdə olan 19 BA 898 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomaşın qəfildən idarəetməni itirərək yolun kənarında dayanmış “Mercedes-C” , “Daewoo” və daha bir “Mercedes-cupe”yə çırpılıb. Hadisə nəticəsində “06”nın sürücüsü 63 yaşlı Həsənqulu Axundov bədən xəsarətləri aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Sürücünün bildirdiyinə görə, o, qarşısına çıxmış piyadanı vurmamaq üçün manevr etmək istədikdə idarəetməni itirərək yolun kənarında dayanmış 3 maşını vurub. Faktla bağlı araşdırmalara başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh