Audi-nin ən sürətli kabrioleti - FOTO

Avtoxəbər 1 İyul 2017 20:45 Oxunub 1333
Audi-nin ən sürətli kabrioleti - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni rodster 100 km/saata 3,3 saniyəyə sürətlənir, maksimal sürət isə 328 km/saatdır

Audi şirkəti ikinci nəsil rodster R8-in ən güclü versiyasını hazırlayır. Avtomobilin adına Plus sözü əlavə edilib və Avropada yayda satışa çıxarılacaq. Bu barədə brendin mətbuat xidməti məlumat verib. Yeni rodster Audi-nin tarixində ən sürətli kabriolet olub. Yenilik 5,2-litrlik benzin V10 mühərriki alıb. O, 610 a.g.-ə, 540 Nm fırlanma anına malikdir. Mühərrik 7-pilləli robot sürət qutusu ilə birgə çalışır. Yeni rodster 100 km/saata 3,3 saniyəyə sürətlənir, maksimal sürət isə 328 km/saatdır. R8 Plus standart versiyadan yeni radiator barmaqlığı və fərqli qazburaxma sistemi ilə seçilir. Rodster keramik əyləc, döymə disklər və rəqəmsal cihazlar paneli alıb. Yeniliyin yumşaq damı 50 km/saat sürətlə hərəkətdə olarkən 20 saniyəyə açılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh