Avtobuslardakı havalandırma niyə işləmir? - Sərnişinlər narazıdır

Yazarlar 2 İyul 2017 10:02 Oxunub 1425
Avtobuslardakı havalandırma niyə işləmir? - Sərnişinlər narazıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mais Ağayev: "Havalandırma sürücü tərəfindən işlədilmirsə, bu, qəbuledilməz haldır"

Paytaxtımıza gətirilən yeni avtobuslarda havalandırma sistemi olmasına baxmayaraq, səhər saatlarında bəzi marşurtlarda işlədilmir. Havalandırma əvəzinə avtobusların kiçik pəncərələri açılır. Bu da içəridə olan sərnişinləri qane etmir. Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, havalandırma sürücü tərəfindən işlədilmirsə, bu, qəbuledilməz haldır: “Avtobusda havalandırma sisteminin olması Bakı Nəqliyyat Agentliyinin avtobuslarla bağlı daşıyıcılara qoyduğu tələblərdən biridir. Havalandırma sistemi və digər vasitələr avtobusdan istifadə edən sərnişinlərin rahatləğı üçündür. Hava istidirsə, sərinləndirmə sistemi mütləq şəkildə işə salınmalıdır. İşləmisə, onu vaxtında təmir etmək lazımdır. Avtobusda kondisioner yoxdursa, başadüşüləndir. Yox, varsa və hər hansı bir sürücü tərəfindən işlədilmirsə, bu, qəbuledilməz haldır. Bununla bağlı şikayətlər daxil olduqda, müvafiq daşıyıcılara məlumat verilir və bu cür hallar aradan qaldırılır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh