Dənizdə boğulan insana ilk tibbi yardım - TİBBİ EKSPERT

Qaydalar 2 İyul 2017 09:47 Oxunub 2455
Dənizdə boğulan insana ilk tibbi yardım - TİBBİ EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Boğulanın həyata qaytarılması sudan çıxarıldıqdan sonra ilk 3-6 dəqiqə ərzində mümkündür

Havaların isinməsi ilə əlaqədar çimərlik mövsümü başlayıb. Təəssüflər olsun ki, istirahət üçün gedilən çimərliklərdə boğulma hallarının da sayı artıb. Bu halların qarşısını almaq üçün ilkin tibbi yardımı mütləq bilmək lazımdır. “Sadə insanlar da boğulan şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıdır”. Bunu metbuat.az-a açıqlamasında tibbi ekspert Adil Qeybulla deyib: “İlk olaraq boğulan şəxsin nəfəs yollarından suyu xaric etmək lazımdır. Boğulan şəxsi şaquli istiqamətdə başıaşağı tutmaq və boğazına, qarnına dolan suyu boşaltmaq vacibdir. Bu zaman onun kürəyinə yüngülcə vurmaq, döş qəfəsini öndən və arxadan sıxmaq lazımdır ki, ağ ciyərlərdən su daha tez xaric olsun. Əgər xəstə hələ də özünə gəlməyibsə, bu zaman ürək masajı və paralel olaraq süni tənəffüs verilməlidir”.

Suda boğulanın həyata qaytarılması sudan çıxarıldıqdan sonra ilk 3-6 dəqiqə ərzində mümkündür. Xəsarət alan xəstəxanaya xərəkdə üzü və ya yanı üstə uzanmış, baş hissəsi bir qədər qaldırılmış vəziyyətdə nəql olunur. Xəstəxanaya aparılarkən yol boyu ağciyərlərin süni ventilyasiyası davam etdirilir. Xəstə özünə gəldikdən sorna belə, onun müalicəsi xəstəxana şəraitində davam etdirilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh