Videosu yayılan sürücülərin hər ikisi cəzalandırıldı - VİDEO

Yazarlar 3 İyul 2017 01:21 Oxunub 2948
Videosu yayılan sürücülərin hər ikisi cəzalandırıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan biri qırmızı işıqdan keçib, digəri uşağı qucağında tutaraq maşın sürüb

Avtosfer.az saytında avtobus və minik avtomobili sürücülərinin qayda pozan vaxt çəkilən videogörüntülərini paylaşmışdıq. Marşrut xətti üzrə fəaliyyət göstərən 10-TH-406 qeydiyyat nişanlı "Daewoo" markalı avtobusun sürücüsü Puşkin küçəsindən Üzeyir Hacıbəyov küçəsinə dönən zaman svetoforun qırmızı işığından keçmişdir. O cümlədən 90-KF-446 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü isə Bakının İnşaatçılar prospektində nəqliyyat vasitəsinin hərəkəti zamanı öz körpə uşağını qucağında otuzduraraq ona avtomobil idarə etməyi öyrədirdi. 

Görüntüləri izləyən Bakı Şəhər DYP İdarəsinin əməkdaşları hər iki sürücüyə 60 manat və 3 cərimə balı tətbiq eləyib.

Sürücülərə bildirmək istəyirik ki, yolda qaydaları pozmasınlar.Qaydalara riayət etmək hər birimizin borcudur. Əks halda polisin olmadığı ərazilərdə sui-istifadə edərək qayda pozanlar bu üsullarla cəzalandırılacaq.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh