Mikroavtobusla minik maşını toqquşdu, xəsarət alan var - FOTO

Qaydalar 3 İyul 2017 01:30 Oxunub 1349
Mikroavtobusla minik maşını toqquşdu, xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəyə "VAZ"ın səhv dönüş edərək mikroavtobusun qarşısına çıxması səbəb olub

Ələt-Astara magistralının Lənkəran rayonu, Şiləvar kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Üzü Ələt istiqamətində hərəkət edən "Ford" markalı "99-FV-692" dövlət qeydiyyat nişanlı mikroavtobusla əks istiqmətdə gedən "42-BG-932" dövlət qeydiyyat nişanlı "VAZ- 21011" toqquşub. Hadisə nəticəsində "VAZ"ın sürücüsü, Lənkəran rayon Havzava qəsəbə sakini Muradov Xalid Əzizəli oğlu bədəninin müxtəlif nahiyələrindən xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəyə "VAZ"ın səhv dönüş edərək mikroavtobusun qarşısına çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

 

Report

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh