Piyadalar təhlükədə; keçid var, nişan yoxdur - VİDEO

Yazarlar 3 İyul 2017 01:59 Oxunub 1798
Piyadalar təhlükədə; keçid var, nişan yoxdur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nişanların olmaması həm təhlükəlidir, həm də qanuna ziddir

Bakının Nizami küçəsində (Daxili İşlər Nazirliyinin yaxınlığında) piyadalar üçün təhlükə var. Bunun səbəbi isə yol hərəkətinin təşkilində olan problemdir. Qeyd etdiyimiz küçədə piyadaların yolu keçməsi üçün yerə zebra (1.14.1 nişanlanması) çəkilib, lakin piyada keçidini bildirən məlumatverici göstərici nişan olan 5.16.1-5.16.2 nişanları qoyulmayıb. Bu nişanların olmaması həm təhlükəlidir, həm də qanuna ziddir. Təhlükəsi ondan ibarətdir ki,piyadalar gecə vaxtı yolu həmin yerdən keçmək istəyərkən sürücülər orada piyada keçidinin olmasını görmür. Belə olan halda isə yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır.

Ölkəmizdə qüvvədə olan DÜİST 23457-86 standartında qeyd olunub ki, nizamlanmayan piyada keçidlərinin hamısı 5.16.1-5.16.2 nişanları ilə mütləq işarələnməlidir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh