Nobel prospekti bağlandı - FOTO

Gündəm 29 Aprel 2014 12:04 Oxunub 1730
Nobel prospekti bağlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda çökməyə səbəb olan kanalizasiya kollektorunun ümumi sahəsi müəyyən olunub

Bakının Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısındakı yolda yenidən təhlükəli vəziyyət yaranıb. APA-nın məlumatına görə, yolda bir neçə gün əvvəl başlayan çökmə prosesi daha da intensivləşərək iki hərəkət zolağını əhatə edib. Əraziyə “Azəryolservis” və “Azərsu” ASC-lərin, Yol Patrul Xidmətinin əməkdaşları gəliblər. Yolun hər iki hissəsi avtomobillərin hərəkəti üçün bağlanıb. İş icraçılarından verilən məlumata görə, aparılan araşdırmalar zamanı yolda çökməyə səbəb olan kanalizasiya kollektorunun ümumi sahəsi müəyyən olunub. Bundan sonra xüsusi texnikanın köməyi ilə həmin kollektorun qurudularaq, betonlaşdırılmasına başlanılacaq.

 

Xatırladaq ki, aprelin 21-də səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh