Metro keçidlərində qadağalara əməl edilmir - Hər an hadisə baş verə bilər - VİDEO

Yazarlar 4 İyul 2017 00:25 Oxunub 1158
Metro keçidlərində qadağalara əməl edilmir - Hər an hadisə baş verə bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu yerə atılan siqaret kötüklərindən də aydın görmək olar

Metronun "20 Yanvar" stansiyasının keçidində təhlükəli vəziyyət hökm sürür. Keçiddən istifadə edən bəzi vətəndaşlar içəridə siqaret çəkirlər. Bu da hər an burada yanğının baş vermə ehtimalını artırır. Çünki keçiddə xeyli sayda ticarət obyekti fəaliyyət göstərir. Halbuki həm burada olan obyektlərin sahibləri, həm də metropoliten tərəfindən divarlara ''Siqaret çəkmək qəti qadağandır'' löhvələri vurulub, ancaq buna çox az sayda vətəndaş əməl edir. Keçiddə siqaret çəkməyin qadağan olunduğunu bilən vətəndaşlar da var.

Keçiddə belə vəziyyətin yaşanmasından elə obyekt icarəyə götürənlər də narahatdır. Onların sözlərinə görə, ərazidə siqaret çəkənlərə bununla bağlı irad bildirdikdə mübahisə yaranır.

Bakı Metropolitenində Polis İdarəsindən isə bildirildi ki, metro və onun keçidlərində siqaret çəkən vətəndaşlar aşkar edildikdə, onlar barəsində inzibati qaydada 51 manat miqdarında cərimə tətbiq edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh