Piyadaların diqqətinə: Sarı xətti keçən cərimələnəcək

Qaydalar 4 İyul 2017 17:04 Oxunub 1306
Piyadaların diqqətinə: Sarı xətti keçən cərimələnəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Piyadaların qadağan edilmiş sarı xətti keçməsi həm də insanların düşüncə məsələsidir"

"Koroğlu" metrostansiyası yaxınlığında yerləşən avtobus dayanacağında piyadalar üçün yeni cərimələr tətbiq ediləcək. Avtosfer.az big.az-a istinadən xəbər verir ki, piyadalar üçün nəzərdə tutulan cərimələrin miqdarı məlum olub. Hüquqşünas Ərşad Hüseynov, dayanacaq ərazisində sarı xətti keçən piyadaların cərimə edilməsindən söz açıb: “Piyadaların qadağan edilmiş sarı xətti keçməsi həm də insanların düşüncə məsələsidir. Bütün qayda-qanunlar insanların təhlükəsizliyinə xidmət edən bir məsələdir. Hökm deyil ki, hər kəs cərimələnməlidir. İnsanların daxilindən də öz təhlükəsizliklərini düşünmək istəyi gəlməlidir. Əgər cərimə edilmirsə, bu, o demək deyil ki, qaydalara laqeyd yanaşmaq lazımdır. O ki qaldı cərimənin məbləğinə, bu, çox güman ki, 20 AZN civarındadır. Çünki hər bir halda yolu piyadaların keçidi üçün nəzərdə tutulmayan hissəsindən keçənlər 20 manat cərimələnir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh