Bakıda maşın qiymətinə helikopter satılır - VİDEO

Avtobazar 5 İyul 2017 00:40 Oxunub 5380
Bakıda maşın qiymətinə helikopter satılır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sənədləşmə helikopter gətiriləndən sonra həyata keçirilir

Bakıda təxminən bir avtomobil qiymətinə helikopter satılır. Avtosfer.az-ın məlumatına görə, helikopterlərdən biri 55, digəri isə 150 min manata təklif edilir. İnternet saytlarının birində yerləşdirilən bu elanlarda Bakıda son model helikopterlərin satışı həyata keçirilır. Qiymətlər isə 55 min manatdan başlayaraq ölçüsünə və istehsal ilinə görə dəyişir.

Elanda məkan olaraq Bakı göstərilsə də, satıcı helikopterlərin sifarişlə gətirildiyini deyir. Onun sözlərinə görə, sənədləşmə helikopter gətiriləndən sonra həyata keçirilir.

Satıcının dediyinə görə, ölçüsündən asılı olraq helikopter istənilən yerdə park edilə bilər. Sadəcə qarajın ölçüləri uyğun olmalıdır.

Helikopteri ada keçirtmək mümkün olsa da, sürmək üçün ya xüsusi pilotluq dərəcəsi olmalıdır, ya da ki, şəxsi pilot saxlamaq lazımdır. Digər bir məsələ isə uçuşu həyata keçirtmək üçün icazə məsələsidir ki, bu da bir neçə qurumdan icazə almaqla mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh