Avtobusda təcavüzə uğrayan qadın manyakı anbaan videoya çəkdi - GÖRÜNTÜLƏR

Avtosfer TV 5 İyul 2017 01:24 Oxunub 8967
Avtobusda təcavüzə uğrayan qadın manyakı anbaan videoya çəkdi - GÖRÜNTÜLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Belə kişilərin köləsi olub bu günə gətirib çıxarmısınız"

Bakı-Sumqayıt avtobusunda təcavüzə uğrayan qadın manyakı anbaan videoya çəkib. Avtosfer.az A24.az-a istinadən xəbər verir ki, dünən Bakı-Sumqayıt avtobusunda oturan qıza yanında əyləşən kişi əvvəlcə əl-qol atmaq istəyib. Təcavüzə uğrayan qız sumkasını yanına qoyub ki, toxuna bilməsin. Sonra da həmin şəxs videoda gördüyünüz hərəkətləri etməyə başlayıb.

Etdiyi hərəkətin əxlaqsızlıq olduğunu deyən qızı avtobusdakı qadın sərnişinlər “Həyasızın səsinə bax” deyə təhqir edib.

Qız videonu sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb:  “Götürdüm, göstərdim videonu, dedim, həyasız sənsən ki, belə kişilərin köləsi olub bu günə gətirib çıxarmısınız. Göz yummusunuz”.

Əzizlərim, belə şey olanda həmin şəxsin üzünü də çəkin, ictimailəşdirin. İfşa edin. Nə bilim, daşı götürüb başına vurun. Amma əsla abrınıza qısılmayın”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh