Avtobusda yer üstündə dava: sərnişinlər bir-birinə yer verməlidirmi? - VİDEO

Yazarlar 5 İyul 2017 09:33 Oxunub 1255
Avtobusda yer üstündə dava: sərnişinlər bir-birinə yer verməlidirmi? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi qadınlar da bir -birinə yer verməyəndə aləm bir-birinə dəyir

Bakıda sərnişin avtobusunda qadın özündən yaşlı başqa bir qadına yer vermədiyi üçün sərnişinlər tərəfindən qınanıb. O isə kiməsə yer verməyə məcbur olmadığını bildirir. İctimai nəqliyyatda yer üstündə belə mübahisələr tez tez düşür. Amma indiyə kimi heç kim tam qərar verə bilmir ki, kimsə kiməsə hansı şəraitdə yer verməlidir. Ümumiyyətlə, insanlar bir-birinə yer verməlidirmi?

Adətən belə mövzularda daha çox qınanan gənclər isə əksini söyləyir. Deyirlər ki, lazım olan yerdə, lazım olanda adama yer verirlər.

Bakı Nəqliyyat Agentliyindən bildirilər ki, ictimai nəqliyyatda kiminsə kiməsə yer verməsi hansısa qaydalarla tənzimlənmir. İctimai münasibətləri məhz cəmiyyətin dəyərləri müəyyənləşdirir.

Agentlik uşaqlar və böyüklər üçün ictimai nəqliyyatda davranış qaydaları haqda kitabça da hazırlayıb. Burda qeyd olunur ki, yaşlılara, əlillərə və uşaqlı qadınlara yer vermək etik davranışdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh