Norveçdə qadınlarla kişilər eyni şərtlər daxilində hərbi xidmət edir

Gündəm 8 Aprel 2014 00:00 Oxunub 2030
Norveçdə qadınlarla kişilər eyni şərtlər daxilində hərbi xidmət edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ölkə fərqli qanunları ilə də maraq doğurur

Norveç yalnız zəngin neft və qaz yataqları ilə diqqət mərkəzində deyil. Bu ölkə fərqli qanunları ilə də maraq doğurur. Belə qanunlardan biri ölkə vətəndaşlarının hərbi xidməti ilə bağlıdır. Belə ki, istifadə olunanmağa başlanan və ölkədə  cinsi ayrıseçkiliyi aradan qaldıran proqram olduqca uğurlu nəticələr verməyə başlayıb. Bu proqrama görə Norveçdə qadınlarla kişilər eyni şərtlər daxilində hərbi xidmət edir. Bu, NATO ölkələri arasında ilk dəfə tədbiq olunur. Proqramın növbəti mərhələsində isə hərbi hissələrdə “unisex kazarmalar” yaradılacaq. Mövzuyla bağlı sınaqdan keçirilən ilk pilot layihələr hələ ki müsbət nəticələr verib. Kazarmalardakı ortaq otaqlarda 4 kişi  və2 qadın əsgər olmaqla 6 əsgərin qalması üçün planlaşdırılır. Orduda xidmət edən qadın əsgərlər də eyni ilə kişi əsgərlər kimi geyinir, eyni şərtlərdə xidmət edir və davamlı olaraq üzərilərində silah gəzdirirlər. Ancaq qadın əsgərlərə saçlarını kəsdirməklə bağlı hər hansı tələb qoyulmayıb. Eyni zamanda qadın əsgərlər istəyə uyğun olaraq yemək menyularına vegeteryan yeməkləri daxil edə bilərlər. Şərtlərin ağır olmasına baxmayaraq belə hərbi xidmətdən olduqca məmnun olduqlarını qeyd edən qadın əsgərlər kişilərlə qadınları eyni şərtlər çərçivəsində xidmət etmələrinin döyüş ruhunu yüksəltdiyini söyləyirlər.


Samir MEHRALIYEV

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh