Yazıq həkim onun harasını müayinə etsin? - VİDEO + YENİLƏNİB

Yazarlar 5 İyul 2017 13:50 Oxunub 4079
Yazıq həkim onun harasını müayinə etsin? - VİDEO + YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Qanunla pasportda o şəxs kişi gedir"

Transseksualı müayinə etməkdən imtina edən xəstəxana qalmaqala münasibət bildirib. Avtosfer.az xəbər verir ki, adının açıqlanmasını istəməyən mənbə Oxu.az-a açıqlamasında, transseksualın ginekoloq müayinəsindən keçmək üçün xəstəxanaya müraciət etdiyini bildirdi: “Qanunla pasportda o şəxs kişi gedir. Həmin cinsi azlıq ginekoloqa müraciət edib. Axı yazıq həkim onun harasını müayinə etsin? Onun orqanları kişi cinsinə məxsusdur və onu uroloq müayinə etməlidir. Bu hələ məsələnin birinci tərəfidir, ikinci tərəfi isə budur ki, hansı normal qadın razı olar ki, kişini müayinə edən həkim onları da müayinə etsin?”

**

Bakıda həkim cinsi azlıqdan olduğu üçün xəstəni müayinə etməkdən imtina edib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, özünə qarşı belə münasibətdən əsəbiləşən şəxs xəstəxananın dəhlizində qışqıraraq həkimə öz etirazını bildirib. “Sənə nə aidiyyəti var axı mən kiməm? Mən kişi deyiləm, mən qadınam! Transseksualam!”

Sözügedən hadisənin şahidləri video çəkərək sosial şəbəkələrdə paylaşıblar. Video böyük müzakirələrə səbəb olub. Həkimə haqq qazandıranlarla bərabər, transseksualı da dəstəkləyənlər az deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh