McLaren 570S-in artıq damı açılır - FOTO

Avtodünya 5 İyul 2017 20:17 Oxunub 1388
McLaren 570S-in artıq damı açılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Superkar 100 km/saata 3,2 saniyəyə sürətlənir, maksimal sürəti isə 330 km/saatdır

McLaren şirkəti Sport Series sırasına damı açılan superkar 570S əlavə edib. O, Spider adı alıb. Avtomobil iyun ayında Hudvudda keçiriləcək sürət festivalında təqdim olunacaq.

Spider-dən olan 650S və 675LT superkarları kimi, yenilik də açılıb yığılan dam alacaq. Standart versiya ilə müqayisədə damı açılan 570S-in çəkisi 46 kq daha ağır – təxminən 1452 kq olacaq. Avtomobilin damı 40 km/saat sürətlə hərəkət edərkən 15 saniyəyə açılıb yığılır.

Yeniliyin dizaynı demək olar ki, kupeni təkrarlayır. 570S Spider yalnız fərqli spoylerlə seçilir. Avtomobil 19-düymlük qabaq, 20-düymlük arxa təkər diskləri, o cümlədən karbon-keramik əyləclər alıb.

Şirkətdən bildirirlər ki, damı açılan modifikasiya kupe ilə eyni aerodinamik xarakteristikaya malikdir. Avtomobilin salonunda idman oturacaqları, 7-düymlük sensor displeyi olan təkmilləşdirilmiş informasiya-əyləncə sistemi quraşdırılıb.

 

Avtomobil 3,8-litrlik tvin-turbo V8 mühərriki alıb ki, o, 570 a.g. və 600 Nm fırlanma anına malikdir. Güman edilir ki, superkar 100 km/saata 3,2 saniyəyə sürətlənir, maksimal sürəti isə 330 km/saatdır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh