Atatürk aeroportunda yeni növ yoxlamanın tətbiqinə başlanılır

Yeniliklər 5 İyul 2017 16:56 Oxunub 1160
Atatürk aeroportunda yeni növ yoxlamanın tətbiqinə başlanılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Atatürk aeroportuna 10 ədəd yeni vücud axtaran cihaz quraşdırılacaq

ABŞ-a uçuşlarda elektrik cihazlarına qadağanın aradan qaldırılmasından sonra təhlükəsizlik tədbirləri çərçivəsində İstanbulun (Türkiyə) Atatürk Hava Limanına yeni “vücud axtaran” cihazlar gətirilərək onların quraşdırılmasına başlanılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, cihaz vasitəsilə axtarış rentgen çəkilişi formasında aparılacaq və görüntülər ekranda əks olunacaq. Sərnişinlər cihazın içində 2 dəfə sağa və sola dönəcək. Nəticədə yolçunun üstündəki plastik, keramik və digər bütün əşyalar müəyyən ediləcək. Bu cihazlar xarici reyslərdə pasport yoxlanışından sonra, yerli uçuşlarda isə təhlükəsizlik yoxlanışı zamanı tətbiq olunacaq. Atatürk aeroportuna 10 ədəd cihaz quraşdırılacağı bildirilir. İstanbulla yanaşı, Ankara və İzmir aeroportlarının hər birinə də 4 ədəd sözügedən cihazdan alınıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh