“Opel” şirkəti satılır - İcazə verildi

Avtobazar 6 İyul 2017 00:45 Oxunub 1340
“Opel” şirkəti satılır - İcazə verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Peugeot” şirkəti martda “Opel”i almaq üçün 2,2 milyard avro təklif etmişdi

Fransanın məşhur “Peugeot Citroen Group” (PSA) şirkətinin Almaniyanın “Opel” şirkətini almasına rəsmi icazə verildi. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı satışla bağlı araşdırmalar aparıb və satışın avtomobil bazarında rəqabətə mənfi təsir etməyəcəyini açıqlayıb.

Məlumat üçün bildirək ki, Avropa İttifaqında fəaliyyət göstərən şirkətlərin rəqabətə mənfi təsir göstərib-göstərməyəcəyi və şirkətlərin birləşməsinin bazara necə təsir edəcəyini araşdırmaq bu qurumun öhdəliyindədir.

Qeyd edək ki, bundan sonra “Opel” və bu şirkətin Böyük Britaniyada fəaliyyət göstərən “Vauxhall” brendi də “Peugeot”a qatılacaq. “Opel” və “Vauxhall”ın Avropanın müxtəlif bölgələrində 10 istehsal müəssisəsi və 35 minə yaxın işçisi var. Bu birləşmədən sonra “Peugeot Citroen Group” Avropada ikinci ən böyük avtomobil istehsalçısı olacaq.

“Peugeot” şirkəti martda “Opel”i almaq üçün 2,2 milyard avro təklif etmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh