"Volvo" benzinli avtomobil istehsalını dayandıracaq - 2019-cu ildən

Avtoxəbər 6 İyul 2017 01:22 Oxunub 1352
"Volvo" benzinli avtomobil istehsalını dayandıracaq - 2019-cu ildən
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2030-cu ildə satılan avtomobillərin 80 faizi elektrikli olacaq

"Volvo" minik avtomobilləri 2019-cu ildən etibarən elektrikli və ya hibrid motorlarla təchiz ediləcək.  "Report" "Financial Times"a istinadən xəbər verir ki, bu barədə açıqlamanı şirkətin baş direktoru Hakan Samuelson verib. "Volvo 2025-ci ilə qədər 1 mln. elektromobil satmağı vəd edib, biz isə öz sözümüzə əməl etməyə öyrəşmişik", - şirkət rəhbəri açıqlama verib.

Qeyd edək ki, 2010-cu ildə Çinin "Geely" avtomobil şirkəti tərəfindən "Volvo"nun alınmasından sonra şirkət elektrikli motorların işlənib hazırlanması və tətbiq edilməsi prosesinin sürətləndirib. Çin dünyada bu tip mühərriklərlə çalışan avtomobillərin ən iri bazarı hesab edilir, "Geely" isə ABŞ-a avtomobil satan yeganə Çin şirkətidir. Hazırda elektrikli avtomobil bazarı kiçikdir. 2016-cı ildə dünyada satılan avtomobillərin 1%-dən də az hissəsini elektromobillər təşkil edib. Amma, buna baxmayaraq onların populyarlığı sürətlə artır. Bu ilin yanvar-mart aylarında elektromobillərin satışında illik müqayisədə 40% artım qeydə alınıb və 191 700 ədəd təşkil edib. Bu temp qorunarsa 2030- cu ilə qədər avtomobil satışlarının 80%-i elektrikli olacaq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh