İranlı sürücü Azərbaycanda öldü - Sükan arxasında ürəyi tutub - FOTO

Avtoxəbər 6 İyul 2017 01:25 Oxunub 1440
İranlı sürücü Azərbaycanda öldü - Sükan arxasında ürəyi tutub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, Təbriz şəhərində doğulmuş Seyid Məhəmməd Reyhani Seyid Mirkazım oğludur

Astarada yol qəzası törədən və hadisə yerində dünyasını dəyişən şəxsin adı məlum olub. Bu, Təbriz şəhərində doğulmuş 1977-ci il təvəllüdlü Seyid Məhəmməd Reyhani Seyid Mirkazım oğludur. 39 b 59710 nömrə nişanlı maye-qaz daşıyan sisterna yük maşını aşandan sonra yolun kənarındakı gözəllik salonunu dağıdıb. Salonun içərisində 3 nəfər olsa da, onlar xəsarət almayıblar. Bundan əlavə, 10 min kVt-lıq elektrik dirəyi sıradan çıxıb və nəticədə yüksəkgərginlikli elektirik xətlərinə ziyan dəyib. 

***17:49

Astarada ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, "Volvo" markalı yük maşını Astara-Şahağacı yolunda aşıb. Sürücünün ürəktutmadan halı pisləşib, nəticədə o, idarəetməni itirərək yoldan çıxıb. Hazırda FHN-in xilasediciləri deformasiyaya uğramış avtomaşının içərisindən sürücünü çıxarmağa çalışırlar. İran vətəndaşı olan sürücünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh