Tam yeni formada "Niva" modelləri - FOTO

Avtoxəbər 6 İyul 2017 20:50 Oxunub 7744
Tam yeni formada "Niva" modelləri - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lada 4x4 ofroderinin ən bahalı modifikasiyası təqdim edilib

İlk dəfə olaraq rus ofroderi zavod şəraitində kamuflyaj rənginə boyanacaqdır. Ləkəli rəng sxemi üç rəngin qarışığından - açıq yaşıl, tünd yaşıl və qara, - istifadə edilməklə vurulur. Bununla belə, avtomobilin bamper və diskləri qara rəngə boyanır.

Yubiley modifkasiyasında olduğu kimi, kamuflyajlı ofroder yeni cihazlar panelinə, sükanın və oturacaqların ekodəri ilə üzlənməsinə sahib olacaqdır. Bundan başqa, avtomobilin salonunda onun sıra nömrəsi həkk edilmiş lövhəcik və kandarların paslanmayan poladdan oln lövhələri quraşdırılacaqdır.

Ofroderin geniş kütlə qarşısında nümayişi 7-9 iyul tarixlərində Tolyatti yaxınlığında keçiriləcək NivaFest tədbirində baş tutacaqdır. Bu festivala Rusiya, Almaniya, Avstriya və Hollandiyadan olan 150 xüsusi hazırlanmış ofroderlrə də qatılacaqdır. Onlar 13 kilometrlik ofrod yarışında iştirak edəcəkdirlər. (autograph.az)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh