"Xaliq Faiqoğlu" şirkətu nümunəvi sürücüləri mükafatlandırdı - FOTOLAR

Qaydalar 6 İyul 2017 12:57 Oxunub 3297
"Xaliq Faiqoğlu" şirkətu nümunəvi sürücüləri mükafatlandırdı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faiq Seyidov: "Şirkətin istismarında olan bütün xəttlərdə elektron ödəniş sistemi tətbiq olunacaq"

Baki şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkəti 2017-ci ilin ilk yarım ilində nümunəvi fəaliyyəti ilə seçilən, nizam-intizam qaydalarına riayət edən, cari ilin 6 ayı ərzində ciddi qanun pozuntusu törətməmiş avtobus sürücülərini mükafatlandırmışdır. Bu məqsədlə şirkətin inzibati binasında Bakı Nəqliyyat Agentliyinin, Bakı şəhər DYP İdarəsinin və mətbuat nümayəndələrinin iştirakı ilə tədbir təşkil edilib.

İlk öncə şirkətin fəaliyyətindən bəhs edən qısa film izləndikdən sonra tədbiri giriş sözüylə açan “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov ictimai nəqliyyatda son 1 il ərzində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilən islahatlardan, Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı şəhər BDYP idarəsinin birgə səyi nəticəsində sərnişindaşıma sahəsində əldə olunan müsbət nəticələrdən bəhs etmişdir. Xidmətin keyfiyyətinin artırılmasına hər zaman önəm verən şirkət sürücü-sərnişin münasibətlərinin inkişaf etdirilməsi məqsədilə sürücülərlə mütəmadi maarifləndirici görüşlərin keçirildiyini və şirkət tərəfindən nümunəvi sürücülərin mükafatlandırılmasının artıq ənənə halını aldığı bildirilib. 

Daha sonra F.Seyidov  IV İslam Həmrəyliyi oyunları zamanı  Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən nəqliyyat xidmətlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. “Fəxrlə qeyd etmək istərdim ki, Xaliq Faiqoğlu MMC-nin sürücü-dispetçer və ümumiyyətlə bütün işçi heyəti bu mötəbər yarışlarda aktiv iştirak edib, şirkət tərəfindən açılış-bağlanış mərasimlərinə 100-ə yaxın avtonəqliyyat vasitəsi ayrılıb. Şirkətin 100-dən artıq  sürücüsü BNA tərəfindən təşkil olunmuş seçimlərdən yüksək nəticələr göstərməklə 1 ay boyunca ölkəmizə gələn idmançıların və qonaqların daşınmasını həyata keçirib. Təqdirəlayiq haldır ki, IV İslam Həmrəyliyi Oyunları zamanı şirkətin fəaliyyəti Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən müsbət qiymətləndirilib”- deyə F.Seyidov bildirib.

Şirkət rəhbəri avtobus parkının mütəmadi yenilənməsi və bu istiqamətdə Türkiyə və Avropa istehsalçıları ilə danışıqların aparıldığını və 2017-ci ildə yerli və xarici maliyyə institutlarından cəlb olunmaqla ümumi dəyəri 40 milyon manat həcmində 100 ədəd yeni avtobusun  alınmasnın nəzərdə tutulduğunu, artıq 25 ədəd yeni, müasir standartlara cavab verən,kondisioner, Wi-Fi və USB adaptrla təchiz olunmuş avtobusların  gətirilərək sərnişinlərin istifadəsinə verildiyini və 75 ədəd avtobusun ilin sonunadək gətiriləcəyini bildirib. Ümumiyyətlə ilin sonunadək şirkətin istismarında olan bütün xəttlərdə elektron ödəniş sistemi tətbiq olunacaq.

Sonda elektron ödəniş sistemində (Bakı Kart) fəaliyyət göstərən 18,61,65,79,85,96 və 135 saylı marşrut xəttlərində çalışan 22 nəfər sürücüyə və istismar prosesində iştirak edən şirkətin gənc əməkdaşlarına nümunəvi fəaliyyətlərinə görə diplom və hədiyyələr verilib.

 

Emin













 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh