Sürücü harada dayandıb gözləməlidir? - DOĞRU CAVAB

Yarışma 6 İyul 2017 14:20 Oxunub 3731
Sürücü harada dayandıb gözləməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nəqliyyat vasitələrinin piyada keçidlərini keçib getmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, sürücü nəqliyyat vasitəsini harada dayandırıb gözləməlidir?

a) Tıxacdakı sonuncu avtomobilin arxasında;

b) Piayada keçidinə 5 metrdən yaxın olmamaqla keçidin qarşısında;

c) Piayada keçidinin bilavasitə qarşısında.

Sualın doğru cavabı belədir:  “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin III hissəsinə uyğun olaraq, əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır. Bu norma keçidə daxil olmağı qadağan etdiyindən sürücü belə halda məsafədən asılı olmayaraq keçid qarşısında dayanmalıdır. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, sürücü nəqliyyat vasitəsini piayada keçidinin bilavasitə qarşısında dayandırıb gözləməlidir.

Suala ilk doğru cavabı Pərvin adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh