AZAL Türkiyə kurortlarına daha iri təyyarələr göndərəcək

Yeniliklər 6 İyul 2017 16:46 Oxunub 1049
AZAL Türkiyə kurortlarına daha iri təyyarələr göndərəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, yay kurortlarına aviabiletlərin bitməsi ilə bağlıdır

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Türkiyənin Antalya, Milas və Dalaman istiqamətlərində aviareysləri yerinə yetirən təyyarələri imkan daxilində daha çox sərnişin tutumu olan təyyarələrlə əvəz etmək imkanlarına baxacaq”. Bu barədə “Report”a AZAL-ın mətbuat xidmətindən məlumat verilib. Açıqlamada deyilir ki, Azərbaycan tərəfinin sifarişi ilə xarici aviaşirkət Antalyaya həftədə 2 dəfə çarter reysi yerinə yetirir: “Antalyaya aviareyslər gündə minimum 3, maksimum 4 dəfə olmaqla hər gün yerinə yetirilir. Bodruma reyslər gündə bir dəfə olmaqla hər gün, Dalamana isə həftədə 2 dəfə həyata keçirilir”.

Qeyd edək ki, ölkədə olan bəzi turfirmalar qarşıdakı iki ay üçün "AZALJET" biletlərinin tamamilə satıldığını açıqlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh