"Geely" qrupu uçan avtomobilləri hazırlayan şirkəti satın alıb - FOTO

Avtodünya 10 İyul 2017 00:44 Oxunub 1497
"Geely" qrupu uçan avtomobilləri hazırlayan şirkəti satın alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Terrafugia TF-X adlı uçan avtomobilin üzərində işləri davam etdirir

Volvo, London Taxi və Lynk&Co markalarının sahibi olan Çinin Geely qrupu, uçan avtomobilləri işləyib-hazırlayan amerikan Terrafugia şirkətini satın almışdır. Bu barədə xəbəri The Detroit Bureau nəşri yayıb. Hal-hazırda bir çox şirkətlər uçan avtomobillərin işlənib-hazırlanması üzərində çalışırlar. Bunlara misal olaraq Airbus və Toyota kimi nəhəngləri, həmçinin AeroMobil (Slovakiya) və Carplane (Almaniya) kimi yeni şirkətləri göstərmək olar. Bu işə hətta məşhur Uber şirkəti də baş qoşub.  Lakin Terrafugia şirkəti bu sahədə ən məşhur olan layihələrdən və belə avtomobillərin yaradılmasında ən irəlidə gedən şirkətlərdən biridir. Bu şirkətə, hətta, ABŞ-ın mülki aviasiya üzrə federal idarəsi tərəfindən «yüngül idman təyyarələrində» uçuşlara icazə də verilib. Hazırda amerikan şirkəti Terrafugia TF-X adlı uçan avtomobilin üzərində işləri davam etdirir. Avtomobil dörd sərnişin yerinə, şaquli uçuş imkanına, qatlanan qanadlara, həmçinin insanın iştirakı olmadan təcili eniş üçün avtopilot sisteminə və texniki nasazlıq olarsa paraşütlər vasitəsi ilə enmə sisteminə malikdir. Ehtimallara görə, ilk işçi prototiplər 2019-cu ildə uçmağa başlayacaqdırlar. Avtomobilin seriya istehsalına isə bir neçə ildən sonra başlanacaqdır.

İlkin hesablamalara görə, uçan avtomobillərin satış qiyməti 300-400 min dollar arasında olacaq. (autograph.az)

 

 

 

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh