"Volvo XC60" fotoaparatı əvəz edib

Yeniliklər 12 İyul 2017 17:51 Oxunub 1235
"Volvo XC60" fotoaparatı əvəz edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hibrid krossover 100 km/saat sürətinə 5,3 saniyəyə sürətlənir.

Jurnalistika sahəsində göstərilən xidmətləri qeyd etmək üçün təsis edilmiş Pulitser mükafatının fotoqrafiya sahəsində üçqat sahibi Barbara Dəvidson Volvo şirkətinin xüsusi layihəsində iştirak edib. Barbara Volvo XC60 krossoverinin təhlükəsizlik sistemlərinin kameraları vasitəsi Kopenhagen küçələrində 30 fotoşəkil çəkmişdir. Bu həftə ərzində Dəvidsonun fotoşəkilləri Londondakı rəsm qalereyasında nümayiş etdirilib. Volvo XC60 krossoverinin ikinci nəslini Cenevrədə təqdim edilmişdir. Yeni krossover SPA modul platformasında yığılmış və 407 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilir. Hibrid krossover 100 km/saat sürətinə 5,3 saniyəyə sürətlənir. Yeni nəsil Volvo XC60 modelinin mühərrik çeşidinə dörd ədəd dörd silindrli turbomühərrik daxil edilib Dizel mühərrikləri 190 (D4) və 235 (D5) at qüvvəli variantlarla təmsil edilirlər.

Benzin mühərrikləri isə, 254 (T5) və 320 (T6) at qüvvəli variantlarda təklif olunurlar. Satışa çıxarılan andan Volvo XC60 krossoveri tam çəkiş sistemi və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. (autograph.az)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh