"Aston Martin" şirkətindən alverçılərə sərt xəbərdarlıq

Avtoxəbər 11 İyul 2017 17:53 Oxunub 1166
"Aston Martin" şirkətindən alverçılərə sərt xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə şəxslər sonradan markanın xüsusi avtomobillərini əldə edə bilməyəcəklər

Aston Martin şirkətinin başçısı Əndi Palmer Valkyrie hiparkarına olan növbəsini satan müştərilərin şirkətin qara siyahısına daxil ediləcəyini bildirib. Bu barədə o özünün Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb. Palmer Woodsypedia adlı istifadəçinin tvitinə reaksiya göstərib. İstifadəşçi Palmerə müraciət edərək, markanın “əsl entuziast” və pərəstişkarları üçün alverçilərin fəaliyyətinə son qoymağı xahiş edib. Nümunə olaraq, o Dubaydakı Knight International diler mərkəzinin elanını göstərib.

Elana görə, firma üçün 2019-cu ildə çatdırılma şərti ilə Valkyrie hiperkarı rezervasiya edilmişdir. Diler onunla əlaqə saxlamağı məsləhət görüb və bu avtomobilin əldə edilməsini sərfəli sövdələşmə adlandırıb. Əlavə olaraq, avtomobilin təqdimatından sonra onun qiymətinin yüksələcəyi də bildirilib.

İstifadəçinin müraciətinə cavab olaraq Palmer növbəti cavabı yazıb: “Onlarda belə slotun (növbədə yer) olduğundan şübhə edirəm. Əgər bu həqiqətən belədirsə, biz kimin onlara növbəni verdiyini aşkarlayaraq həmin şəxsi avtomobildən məhrum edəcəyik.  Belə şəxslər sonradan markanın xüsusi avtomobillərini əldə edə bilməyəcəklər”.

 

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh