Ələtdə iki qardaşın öldüyü qəzanın görüntüsü yayıldı - VİDEO

Avtoxəbər 7 İyul 2017 01:27 Oxunub 29253
Ələtdə iki qardaşın öldüyü qəzanın görüntüsü yayıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzada ölən Həsən Həsənovla ağır yaralanmış Nicat Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində - "SOCAR” yanacaqdoldurma məntəqəsində baş verib. "Shacman” markalı yük avtomobili ilə "Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə vaxtı "Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Behbud oğlu ilə onların xalası oğlu, 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb. Bildirilir ki, qəzada ölən Həsən Həsənovla ağır yaralanmış Nicat Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş.

Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub. Həlak olan Rövşən və Üzeyir Hacızadə qardaşları millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir. Rövşən Hacızadə ailəli olub, onun 1 aylıq körpəsi var. Qardaşlar Bakıda yaşayırmış. 

APA TV qəzadan sonra çəkilmiş həvəskar videogörüntüləri əldə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh