Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb – VİDEO

Yeniliklər 7 İyul 2017 16:22 Oxunub 1903
Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsas yoldan köməkçi yola rahat, təhlükəsiz və maneəsiz şəkildə hərəkət edəcəklər

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlərin “Azəravtoyol” ASC-nin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə aşkar edilərək aradan qaldırılması, həmçinin bu çərçivədə yeni yol və yol hissələrinin tikintisi uğurla davam etdirilir. Növbəti bu cür addım Bakı-Quba-Rusifa Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13-14-cü km-lik (Bakı-Sumqayıt yolu) hissəsində atılıb. Avtosfer.az xəbər verir ki, Masazır dairəsində xüsusən günün pik saatlarında yaranan tıxacı aradan qaldırmaq məqsədi ilə magistral yolun sözügedən hissəsində əsas yoldan köməkçi yola avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədi ilə yeni keçid hissə yaradılıb. Avtonəqliyyat vasitələrinin əsas yoldan köməkçi yola təhlükəsiz keçidini təmin etmək məqsədi ilə köməkçi yolun 170 metrlik hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Genişləndirilmiş hissəyə yeni asfalt-beton örtüyü döşənib.Təhlükəsizlik məqsədi ilə köməkçi yola 20 ədəd siqnal dirəkləri və 10 ədəd yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Bundan başqa əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb.  

"Azəravtoyol" ASC tərəfindən aparılmış işlər imkan verir ki, avtonəqliyyat vasitələri "Gənclər şəhərciyi" istiqamətində Masazır dairəsinə daxil olmadan əsas yoldan köməkçi yola rahat, təhlükəsiz və maneəsiz şəkildə hərəkət etsinlər. Bu isə öz növbəsində Masazır qəsəbəsinə giriş hissədə və mövcud dairədə hərəkət intensivliyini azaltmaqla müəyyən qədər yaranan sıxlığın qarşısını almış olacaq.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh