"Fiat-500" sənət əsəri kimi tanınıb - FOTO

Avtodünya 7 İyul 2017 20:02 Oxunub 1799
"Fiat-500" sənət əsəri kimi tanınıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Muzeyin ixtiyarına 500 F modifikasiyası veriləcək

Nyu-Yorkdakı müasir incəsənət muzeyi öz kolleksiyasına orijinal hetçbək Fiat 500-ü daxil edəcəyi barədə məlumat yayıb. Bu barədə modelin 60 illik yubileyi günündə elan edilib. 1957-ci il iyulun 4-də Turində bu avtomobilin ilk nümunəsi təqdim edilmişdi. Muzeyin ixtiyarına 500 F modifikasiyası veriləcək. Bu, 1965-1972-ci illərdə istehsal edilən modelin tarixində ən məşhur və uğurlu modifikasiyadır. Nyu-Yorkda sərgilənəcək nümunə bej rəngindədir və yumşaq dama, metal kolpaklı disklərə malikdir. Müasir incəsənət muzeyinin kolleksiyasında, həmçinin Cisitalia 202 GT (1946-cı il), Willys-Overland Jeep (1952-ci il), Volkswagen Beetle (1959-cu il), Jaguar E-Type Roadster (1963-cü il), Ferrari 641/2 Grand Prix Racer (1990-cı il) və Smart (1998-ci il) avtomobilləri var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh