600-güclü Jaguar XE - FOTO

Avtodünya 7 İyul 2017 21:04 Oxunub 1362
600-güclü Jaguar XE - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün supersedanlar əl ilə yığılacaq. Bu avtomobildən 300 ədəddir

Jaguar şirkəti ən güclü modelini təqdim edib – sedan XE-nin trek variantı. Bu, SV Project 8-dir. Avtomobil 600-güclü mühərrik və karbon ban paneli alıb. Yenilik Jaguar Land Rover alyansının atelyesində - Special Vehicle Operations (SVO) yığılıb. Avtomobil üçün kömür-plastik elementlərdən ban asılqan hazırlanıb: bamperlər, kapot, 19 mm enliləşdiriliş qabaq qanadlar, ətəklər, tənzimlənən qabaq splitter, arxa diffuzor, iki rejimdə tənzimlənən böyük palçıq qoruyucuları. Bundan əlavə, sedan üçün 55 mm genişləndirilmiş yeni alüminium qabaq qanadlar, alüminiumdan arxa qapılar hazırlanıb. Ən güclü Jaguar 5-litrlik kompressorlu səkkizliklə təchiz edilib ki, o, 600 a.g. və 700 Nm fırlanma anı verir. Aqreqat 8-pilləli avtomat sürət qutusu və  elektron idarəolunan fəal arxa differensialı olan tam ötürücü sistemlə birgə çalışır. Bu avtomobil yerindən 96 km/saata 3,3 saniyəyə sürətlənir, maksimal sürəti isə 320 km/saatdır. Bütün supersedanlar əl ilə yığılacaq. Bu avtomobildən 300 ədəddir. Bunların hər birində sükan sol tərəfdə olacaq.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh