Azərbaycanda polis bir milyon yarım vətəndaşı cərimə edib

Qaydalar 8 İyul 2017 01:37 Oxunub 3658
Azərbaycanda polis bir milyon yarım vətəndaşı cərimə edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vilayət Eyvazov: “Müxtəlif inzibati xətalara görə 1.615.372 protokol tərtib olunub”

Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, o cümlədən insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayül ümumən qorunub saxlanılıb”. Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov deyib. O bildirib ki, bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 1.615.372 protokol tərtib olunub. Bu əsasda qəbul edilən qərarlarla 1.568.336 nəfər cərimələnib, 1778 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 28.755 nəfərə xəbərdarlıq edilib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh