Yeni elektrik mühərrikli təyyarə min kilometr uçacaq

Texnologiya 8 İyul 2017 13:48 Oxunub 1316
Yeni elektrik mühərrikli təyyarə min kilometr uçacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hava gəmisinin başlıca innovasiyası konstruksiyada yeni tip akkumulyator batareyasının quraşdırılmasıdır

"Eviation Aircraft" şirkəti əlavə enerji toplamadan min kilometr məsafəni qət edən elektrik sərnişin təyyarəsinin işlək prototipini təqdim edib. Avtosfer.az azərtac-a istinadən bildirir ki, 9 sərnişin və 2 ekipaj üzvünü daşıyan kiçik təyyarə "Eviation Aircraft" şirkəti tərəfindən "NASA On-Demand Mobility Program" çərçivəsində yaradılıb. 2018-ci ilin sonunadək təyyarənin bütün lazımi sertifikasiyadan keçərək seriyalı istehsala daxil olacağı gözlənilir. Hava gəmisinin başlıca innovasiyası konstruksiyada yeni tip akkumulyator batareyasının quraşdırılmasıdır.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, təyyarədə "Phinergy Ltd" şirkəti tərəfindən hazırlanan modernləşdirilmiş alüminium hava batareyasından (Aluminum-Air Battery) istifadə olunub. "Biz buna ənənəvi akkumulyator batareyalarına malik bufer, eləcə də analitik alqoritmlərdən istifadəyə əsaslanan "ağıllı" enerjipaylama sistemi əlavə etdik. Bunların hamısı birlikdə isə akkumulyator batareyalarının çatışmayan enerjisinin hər zərrəsindən istifadəyə imkan verən yüksək səmərəli enerji sistemidir", - deyə mütəxəssislər bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh