Yarım milyondan çox “Mazda 6” modeli geri çağırılır

Avtoxəbər 8 İyul 2017 15:11 Oxunub 1306
Yarım milyondan çox “Mazda 6” modeli geri çağırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna səbəb avtomobillərin təhlükəsizlik yastığındakı qaz generatorlarının qopmağa meylli olmasıdır

Gələn il mart ayından etibarən Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin üzrə Dövlət İdarəsi məşhur “FAW” avtomobil şirkətinin 680 642 ədəd “Mazda 6” modelini geri çağıracağını elan edib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, buna səbəb 18 sentyabr 2008 - 31 mart 2016-cı illər ərzində istehsal olunan avtomobillərin təhlükəsizlik yastığındakı qaz generatorlarının qopmağa meylli olmasıdır. Şirkət geri çağırılmasına qərar verdiyi “Mazda 6” modellərinin bu çatışmazlığını pulsuz aradan qaldıracaq. Qeyd edək ki, “FAW” məşhur “Volkswagen” və “Mazda” avtomobil istehsalçılarının müştərək qurduğu Çinin ən böyük avtomobil firmasıdır. Xatırladaq ki, artıq cari ilin ilk 5 ayında Çinin və dünyanın bir sıra məşhur avtomobil istehsalçıları 4 mln. 490 min avtomobil modelini sonradan aşkarlanan çatışmazlıqlar səbəbindən geri çağırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh